|
İcraçı və İstifadəçinin münasibətlərinin predmeti Xidmət, eləcə də onun göstərilməsi müqabilindəki haqq-hesabdan və tərəflərin bu Müqavilə üzrə hüquqi mövqe və məsuliyyətlərindən ibarətdir. Xidmət (göstərilməsi qaydaları və şərtləri). Xidmətə İcraçının şəbəkə mənbələrindən istifadə edilməsi, o cümlədən aşağıdakılar daxildir: 1.İnternetə daxil olmaq (nəql etmə); 2.Elektron poçtdan istifadə etmək; 3.Faylların ötürülməsi imkanları (FTR); 4.Yerli (regional) və beynəlxalq informasiya mənbələrinə (qəzetlərin, jurnalların və digər kütləvi informasiya vasitələrinin İnternet versiyalarına ) və mə`lumat bazalarına daxil olmaq; 5.Xidmətdən istifadənin balans və statistik göstəricilərinə fərdi şəkildə daxil olmaq (İstifadəçi haqqında məlumatların məxfiliyinin təmin olunması şərti ilə). 1.1. Xidmətdən ayrı-ayrı servislərin çıxarılması konkret müqavilələr, ödəniş planları, tarif dərəcələri və digər amillər nəzərə alınmaqla İcraçı tərəfindən müəyyənləşdirilir. 1.2.Xidmətin inkişaf səviyyəsindən və sınaqdan keçmiş, Xidmət daxilində istifadə edilə biləcək yeni İnternet - texnologiyaların meydana gəlməsindən asılı olaraq İcraçı, istər Xidmət spektrinin genişlənməsi, istərsə də Xidmətin yeni seqmentinin (vətər) təqdim olunması qaydaları və şərtləri haqqında İstifadəçini məlumatlandırmalıdır.Bu zaman, əgər Xidmətin yeni seqmentlərinin istifadəsi əlavə ödəniş zərurəti ilə bağlıdırsa, onda yalnız tərəflərin belə ödənişin miqdarı, qaydası və şərtləri barədə həmin Müqavilə üzrə qarşılıqlı razılaşması zamanı İstifadəçiyə verilə bilər. 2.Xidmətə daxil olmaq. Xidmət telematik qulluğun Bakıda olan texniki vasitələrindən istifadə edilməsi ilə göstərilir.İstifadəçinin terminal avadanlığının göstərilən texniki vasitələrə daxil olması İcraçının məlumatötürücü şəbəkəsi ilə və ya ümumi istifadədə olan telefon şəbəkəsindən, yaxud xüsusi çəkilmiş telefon şəbəkələrindən, ayrılmış rabitə kanallarından, habelə beynəlxalq İnternet komputer şəbəkəsinin operator şəbəkələrindən, o cümlədən onun Azərbaycan seqmentindən istifadə olunması yolu ilə həyata keçirilir. 3. İcraçı. 3.1. İcraçı günün istənilən vaxtında Xidmətin göstərilməsinə zəmanət verir, eləcə də bütün gün ərzində məsləhətlərin ötürülməsini (ünsiyyət-sorğu informasiyası əlavə edilir) təmin edir. 3.2. Xidmətin göstərilməsindən imtina edilməsi qüvvədə olan Lisenziyalarda nəzərdə tutulmuş aşağıdakı şərtlərlə əsaslandırılır: - Xidmətin göstərilməsi dövlətin təhlükəsizliyi və müdafiyə qabiliyyətinə, insanların sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdıqda; - Hər hansı fiziki, topoqrafik və ya digər təbii manelərin yarandığı halda Xidmətin göstərilməsi qeyri- mümkün olduqda; - İstifadəçi Xidmətin göstərilməsi barədə həmin müqavilənin şərtləri ilə razılaşmadıqda və ya Xidmətin göstərilməsi üçün pul ödənişlərini vaxtında həyata keçirmədikdə; - İstifadəçi rabitə aparatından hər hansı qeyri-qanuni məqsəd üçün istifadə etdikdə və ya etmək istədikdə, yaxud Xidməti qeyri-qanuni üsulla əldə etdikdə, sərəncamına verilmiş avadanlıqdan texniki istismar qaydalarını pozmaqla istifadə etdikdə, yaxud da sertifikata uyğun olmayan avadanlıqdan istifadə etdikdə. 3.3.Təbii fəlakət, karantin və AR qanunvericiliyində nəzəzrdə tutulmuş digər fövqəladə hallarda, buna səlahiyyəti olan dövlət orqanları Xidmətdən istifadə edilməsində, eləcə də telematik xidmətin və İcraçının rabitə vasitəsinin fəaliyyətinin dayandırılmasında üstün hüquqlara malikdirlər. 3.4. İcraçı dənizdə, quruda, havada, kosmik fəzada insan həyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, müdafiə, təhlükəsizlik və İcraçının fəaliyyət göstərdiyi ərazidə ictimai asayişin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə, eləcə də ciddi qəza, epidemiya, epizootiya və təbii fəlakətlər zamanı istənilən xəbərin ötürülməsinə mütləq üstünlük verir. 3.5. Qarşısıalinmaz şərtlərin (şəraitlərin) yarandığı zaman: 3.5.1. Bu Müqaviləyə əsasən Tərəflərdən heç biri digər tərəf qarşısında, Tərəflərin iradəsi və istəyindən asılı olmayaraq yaranmış və əvvəlcədən nəzərdə tutula bilməyən və dəf edilməsi mümkün olmayan (qarşısıalinmaz) şəraitlər, o cümlədən müharibə elan olunması və ya faktiki aparılması, mülki intizamsızlıq, epidemiya, blokada, embarqo, zəlzələ, daşqın, yanğın hallarında, Tərəflər bəzi qanunvericilik aktlarının həyata keçirilməsi zamani bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin icrasına təsir edən hallar üçün, eləcə də qarşısıalinmaz şəraitlərin yaranması nəticəsində bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya tam yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar. 3.5.2. Qarşısıalinmaz şəraitlərin (şərtlərin) fəaliyyətinin dayandığı andan Tərəflərdən hər biri təxirəsalınmadan bu müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinin icrasına başlamağa borcludurlar. 3.5.3. Qarşısıalinmaz qüvvənin fəaliyyəti öhdəliyin yerinə yetirilmə müddətini həmin qarşısıalinmaz fəaliyyətin olduğu müddətin bitməsinədək artırır.Əgər öhdəliyi olan Tərəflərdən hər birinin bu cür passivlik vəziyyəti həmin Müqaviləyə əsasən üç aydan artıq davam edirsə, onda Tərəflərdən hər biri digər tərəfi, pozulması nəzərdə tutulan tarixdən ən azı iki həftə əvvəl yazılı şəkildə (elektron poçt ilə) və ya İstifadəçinin ilkin qeydiyyatı zamanı Tərəflərin təqdim etdikləri digər mümkün olan ünsiyyət vasitəsi ilə xəbərdar etməklə, bu Müqaviləni birtərəfli qaydada poza bilər. 4. İstifadəçi . İstifadəçi Xidmətdən günün istənilən vaxtında və İcraçının fəaliyyəti ərazisində qanunvericilikdə və normativ aktlarda qadağan edilməsi nəzərdə tutulmuş və həmin Müqavilənin 7-ci bəndində aydın göstərilmiş hallardan başqa, istənilən məqsədlə istifadə etmək hüququna malikdir.Bundan əlavə, Xidmətdən istifadə olunma zamanı Xidmətin proqram təminatının tirajının çoxaldılmasına icazə verilmir (bax: b. 4.1.). 4.1. Xidmətin proqram təminatının tirajının çoxaldılmasının qadağan edilməsi. Əgər İstifadəçi Xidmətə rabitə xətləri ilə birbaşa daxil olursa, onda İcraçı İstifadəçiyə Xidmətin proqram təminatını təqdim edir.Bu proqram təminatı müstəsna olaraq Xidmətə daxil olmaq üçün nəzərdə tutulub və İcraçının proqram məhsullarının sahibi ilə Lisenziyalı Müqaviləsinin predmetidir.İstifadəçi Müqavilənin bu tələbini qəbul edir və Müqavilənin həmin bəndinin yerinə yetirilməməsi üçün bütün məsuliyyəti öz üzərinə götürür. 4.2. Xidmətdən İnternet şəbəkəsi vasitəsi ilə istifadə edilməsi. İstifadəçi Xidmət vasitəsi ilə həm bilavasitə Xidmətin özündən və onun komponentlərindən (Xidmət seqmentlərindən), həm də qlobal İnternet şəbəkəsindən istifadə edə bilməsi şərtlərini qəbul edir. Bu Müqavilə ilə İstifadəçiyə xəbərdarlıq edilir ki, nə İcraçı, nə də onun filialları Xidmətdə təqdim edilən informasiya, məhsul və xidmətdən savayı, İnternet şəbəkəsindəki informasiya, xidmət və məhsulları nə təqdim etmir, nə də onlara nəzarət etmir.Bununla əlaqədar olaraq, İstifadəçi, Xidmət tərəfindən və ya İnternet şəbəkəsi vasitəsi ilə təqdim edilən və ya onun vasitəsi ilə əldə edilən bütün məhsulların, informasiya və xidmətlərin (bilavasitə Xidmət tərəfindən aydın şəkildə göstərilənlərdən başqa) üçüncü tərəflər vasitəsi ilə göstərildiyini və bunların İcraçı ilə qətiyyən heç bir əlaqəsi olmadığı şərtini qəbul edir.Bu halda İstifadəçi İnternet Xidməti və şəbəkəsindən istifadə ilə bağlı bütün məsuliyyəti və riski öz üzərinə götürür. Nə İcraçı nə də onun filialı Xidmət vasitəsi ilə və ya ümumiyyətlə, İnternet şəbəkəsi vasitəsi ilə təqdim edilən məhsul, informasiya və xidmətlərə istər aşkar, istərsə də gizli şəkildə (konkret məqsəd üçün hüquq və ya yararlılığın gözlənilməsi ilə bağlı məhdudlaşdırılmayan zamanət də daxil olmaqla) heç bir zəmanət vermir. Nə İcraçı, nə də onun filialları bu sayaq təchizat nəticəsində birbaşa və dolayışı yolla meydana çıxan hər hansı məsrəfə və zərərə görə məsuliyyət daşımayacaqlar. İstifadəçi belə bir şərti qəbul edir ki, o, bütün fikirlərin dəqiqliyinin, tamlığının və yararlılığının dəyərləndirilməsi məsuliyyətini, qiymətləndirməni, xidmətləri və digər informasiyanı, Xidmət və ya, ümumiyyətlə, İnternet şəbəkəsi vasitəsilə təqdim edilən məhsulun keyfiyyət və funksiyalarının məsuliyyətini öz üzərinə götürür. 4.3. İstifadəçi bu şərti qəbul edir ki, İnternet şəbəkəsində üçüncü şəxsin və (və ya üçüncü şəxslər qrupunun) eləcə də hökumət, qeyri-hökumət ictimai təşkilatlarının, müəssisələrinin, firmalarının öz şəxsi mövqeyini, fikrini bildirən (əks etdirən) materiallar ala bilər, o cümlədən: 4.3.1. Açıq seksual xarakterli (onun müxtəlif təsvir və yayım formaları şəklində) və həddi-buluğ yaşına çatmayan şəxslər üçün nəzərdə tutulmayan informasiyanın ötürülməsi; 4.3.2. İstifadəçinin nəzərincə, ictimai-siyasi və sosial xarakterli məlumatlarda onun üçün (bunun müxtəlif təsvir və yayım formaları şəklində) təhqiramiz informasiyanın olması. İcraçı İnternet şəbəkəsində belə materialların (4.3.1. və 4.3.2. bəndləri) qaydası və meydana gəlməsi şərtlərinə nəzarət etmir və onlar üçün heç bir məsuliyyət daşımır. 5. Xidmətin göstərilməsi zamanı zamanətlərin verilməsi. 5.1.İctifadəçilərin maraqlarına daha az xətər yetirilməsi ilə planlaşdırılacaq zəruri profilaktika və təmir işləri görülməsi istisna olmaqla, Xidmət hər gün, sutka ərzində 24 saat, fasiləsiz göstərilir. 5.2. Xidmət “olduğu kimi” (“as is”) və təqdim olunduğu anda alına biləcək halda göstərilir və bilavasitə, yaxud dolayısı yolla heç bir zəmanət (o cümlədən, məhdudlaşdırılmasa da, konkret məqsədlər üçün Xidmətdən istifadə zəmanətləri) verilmir. 5.2.1. İcraçı, onun filialları və ya Xidmət təchizatçıları tərəfindən verilən hər hansı bir informasiya və ya məsləhətlər zəmanət kimi qəbul edilə bilməz, belə ki, onlar Xidmət göstərilməsinin texniki təminat üsulu olmayıb, yalnız məsləhət sayılırlar. 5.2.2. Nə İcraçı, nə də onun filialları Xidmətin fasiləsiz və qüsursuz göstərilməsinə, yaxud təklif olunan proqram təminatının və ya istənilən digər materialların virussuz olmasına və digər zərərli komponentlərdən xali olmasına zəmanət vermirlər.Heç bir halda nə İcraçı, nə də onun filialları və ya Xidmətin təchizatçısı Xidmətdən istifadə olunması və ya bundan istifadənin qeyri-mümkünlüyü, İnternet şəbəkəsinə və ya onun hissələrinə qoşulma nəticəsində İstifadəçiyə birbaşa və ya dolayı yolla dəymiş zərər üçün məsuliyyət daşımayacaqlar; Xidmət tərəfindən və ya Xidmətin vasitəsilə təqdim edilən informasiya, xidmət və ya məhsuldan asılı olaraq dəymiş zərərə görə və ya işdəki səhvlər, boşluqlar, fasilələr, faylların, qüsurların pozulması, işdə və ya mə`lumatların ötürülməsində baş vermiş ləngimələr nəticəsində dəymiş zərərlərə görə məsuliyyət daşımır. 5.3. Xidmətdən, şərtlərdən, qaydalardan, keyfiyyətdən, onun məzmunu və ya Xidmətin göstərilməsi praktikasından razı qalmayan İstifadəçinin Xidmətin göstərilməsini dayandırmağa müstəsna hüququ vardır.Bu zaman tərəflərin qarşılıqlı haqq-hesablaşması bu Müqavilənin 6-cı bölməsində təsvir edilən şərtlərlə həyata keçirilir. 6.Xidmətin ödənməsi və Xidmət vasitəsi ilə Satınalma. 6.1. İstifadəçinin xidmətdən istifadə etməsi üçün İcraçı tərəfindən açılmış elektron hesabda müsbət balansı saxlaması labüddür.İcraçının, şəbəkə vəsaitlərinin tam xərclənməsi anında öz telekommunikasiya şəbəkəsini İstifadəçinin daxil olması üçün qapatmaq hüququ vardır. İstifadəçi öz elektron hesabının tam boşalmasına yol vermədən, vaxtlı-vaxtında İcraçının şəbəkə vəsaitlərini ödəməyə borcludur. 6.1.1. Xidmətin göstərilməsi anı İstifadəçinin şəbəkə vəsaitlərini ödəməsindən başlanır və bu, qeydiyyat serverinə http://www.oxygen.az xüsusi şifrin daxil edilməsi vasitəsilə həyata keçirilir.ödənilmiş şəbəkə vəsaitləri İçtifadəçi tərəfindən müstəsna olaraq onun öz istədiyi kimi bu Müqavilənin bütün müddəalarına əməl olunmaqla istifadə edilir.Bu zaman İctifadəçi tərəfindən ödənilmiş və istifadə olunmamış vəsaitlər geriyə qaytarılmır.Şəbəkə vəsaitləri haqqında informasiya İstifadəçinin elektron hesabında əks etdirilir. 6.2. İcraçı, İstifadəçinin elektron hesabı balansının sıfıra bərabər olduğu və İcraçı müvafiq ödənişi almadığı halda Xidmətin göstərilməsini dayandırmaq (“dondurmaq”) hüququnu özündə saxlayır.İcraçı, Xidmətin göstərilməsi ilə bağlı bu müqavilədə edilən bütün dəyişikliklər barədə İstifadəçini xəbərdar etməyi öhdəsinə götürür. 6.2.1. Xidmətin göstərilməsi hüququ dayandırıldıqda və 90 (doxsan) gündən artıq müddətdə hesab balansı sıfıra bərabər olduqda, İcraçı Xidmətin göstərilməsini dayandırmaq hüququnu özündə saxlayır.Bu zaman Xidmətin göstərilməsinin bərpa olunması yalnız yeni qeydiyyat vasitəsilə mümkündür. İcraçı istənilən məqamda İstifadəçiyə bu barədə mə`lumat verməklə tarifləri dəyişdirə və ya mövcud olan ödənişlərə yeni əlavələr edə bilər.İstifadəçi cari informasiyanı vaxtlı-vaxtında almaq məqsədi ilə mütəmadi olaraq öz elektron hesabının vəziyyətini yoxlamağı öhdəsinə götürür.İstifadəçi tariflərdəki hər hansı dəyişikliklərlə razı olmadıqda Xidmətdən istifadə olunmanı təxirəsalınmadan dayandırmalıdır. 6.3. İstifadəçinin Xidmət vasitəsilə öz istədiyi kimi (bu Müqavilənin 4.2. bəndinin şərtləri ilə yanaşı), aşağıdakıları nəzərə almaqla, alver etmək hüququ vardır: - İstifadəçi tərəfindən seçilmiş informasiya və ya xidmət satıcısı və/və ya təchizatçısı İstifadəçidən müəyyən informasiya, o cümlədən bank kartı və/və ya digər ödəniş vasitəsi haqqında məlumat tələb edə bilər.İstifadəçi bu şərti qəbul edir ki, onun hər bir satıcıya və ya məhsul təchizatçısına təqdim edəcəyi bütün informasiya, Xidmət vasitəsilə informasiya və xidmətlərin ötürülməsi cari vaxt üçün (belə məlumatların göndərildiyi vaxtda) dəqiq, tam və düzgün olacaq. - məhsulun, informasiya və xidmətlərin Xidmət vasitəsilə satıcıları və təchizatçıları öz qiymətlərini sərbəst təyin edir və istənilən vaxtda qiyməti dəyişdirə və/və ya məhsul, informasiya və xidmətlərə istənilən vaxtda qiymət təyin edə bilərlər. 6.4. İstifadəçi, onun adından və parolundan və ya bank kartlarından, eləcə də digər ödəniş vəsaitlərindən istifadə edənlərin fəaliyyəti ilə bağlı fəaliyyətin həmin vaxtda qüvvədəki qiymətləri ilə bütün hesablardakı vəsaitlərini ödəməyi öhdəsinə götürür. 6.5. İstifadəçi həm də Xidmətin göstərilməsi və Xidmət vasitəsilə alış-verişlə bağlı bütün vergilərin ödənilməsi məsuliyyətini də öz üzərinə götürür. 6.6. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan hallarda Xidmət üçün tariflər dövlət tərəfindən tənzimlənə bilər.Bu məsələ üzrə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə nəzərdən keçirilir. 7. Xidmətdən istifadə qaydaları Xidmətdən istifadə zamanı qadağan edilir: 7.1. Digər İstifadəçilərin İnternet şəbəkəsinə daxil olmasını məhdudlaşdırmaq və ya digər İstifadəçilərin İnternet şəbəkəsindən istifadə etmələrinə mane olmaq; 7.2. Adresatların razılığı olmadan (və ya sifariş olmadan) reklam, informasiya və digər materialları, habelə mövzu ilə uyğunlaşmayan elektron nəşrləri və konfransları onlara göndərmək; 7.3. İnternet şəbəkəsi vasitəsilə digər istifadəçilərə, adresatların həmin materialları almağa razı olduqları hallardan başqa (kütləvi şəkildə) reklam, informasiya və digər materialları istər fərdi elektron poçtu ünvanına, istərsə də ümumi girişli elektron nəşrlərinə və konfranslarına bunun üçün nəzərdə tutulmayan materiallar göndərmək; Qeyd 1. İcraçı bu Müqavilənin icrası ilə bağlı (kütləvi) məlumatların yayılması hüququnu özündə saxlayır. Qeyd 2. Kütləvi yayılma dedikdə, alınmasına İstifadəçidə həmin adres sahiblərinin razılığı olmadan eyni zamanda iki və daha artıq ünvana göndərilən məlumatlar nəzərdə tutulur.Bu məhdudiyyət elektron abunə sisteminə qətiyyən aid deyil. 7.4. Hər hansı texnoloji komponentlərə (qovşaqlara), proqramlara, ehtiyat bazalarına və İnternet şəbəkəsi ünsürlərini təşkil edən digər baza məlumatlarına özbaşına (icazəsiz) müdaxilə etmək; 7.5. Yayılması Azərbaycan hüququna və beynəlxalq hüquqa bu və ya digər dərəcədə zidd olan və ümumi etika normalarına uyğun gəlməyən hər hansı informasiyanı İnternet şəbəkəsinə göndərmək və ya yetərli etmək. 7.6. Viruslu və ya digər zərərli komponentlərə malik istənilən informasiya və proqram təminatını ötürmək. 7.7.Xidmət vasitəsi ilə (əgər təchizatçı tərəfindən bu cür informasiya, proqram təminatı və ya digər məhsulun yayılmasına açıq şəkildə icazə verilməyibsə) tam və ya qismən alınmış informasiya, proqram təminatı və ya digər materialları göndərmək, ötürmək, təkrar hasil və təqdim etmək və ya istənilən şəkildə onlardan kommersiya məqsədilə istifadə etmək. 7.8. Xidmət vasitəsi ilə istənilən şəkildə əldə edilmiş tam və ya qismən müəllif hüququ və digər hüquqlarla mühafizə edilən proqram təminatı və ya digər materialları sahibinin icazəsi olmadan göndərmək, ötürmək, yenidən hasil etmək və ya yaymaq, eləcə də hər hansı üsulla istənilən Xidməti və ya onun əsasında yaradılmış işi göndərmək, ötürmək və yaymaq, belə ki, Xidmətin özü də müəllif hüququ və digər hüquqların obyektidir. 7.9. İcraçı elektron poçtun istənilən özəl məlumatını bilərəkdən (qanunda nəzərdə tutulan hallardan başqa) nəzərdən keçirməyəcək və ya açıb yaymayacaq. İcraçı Xidmət vasitəsi ilə yayılan informasiyanın məzmununu izləməyə borclu deyil.Lakin İstifadəçi bu şərti qəbul edir ki, İcraçı , əgər bu, səlahiyyətli dövlət müəssisələrinin tələbi ilə qanuna uyğun şəkildə labüddürsə, və ya Xidmətin normal fəaliyyəti üçün, yaxud İcraçının və digər istifadəçilərin, eləcə də qanuni hüquq və maraqları pozulmuş və ya pozula biləcək üçüncü şəxslərin müdafiəsi üçün vaxtaşırı Xidmət vasitəsi ilə yayılan informasiyaları izləmək və istənilən məlumatı aşkarlamaq hüququna malikdir. 7.10. İcraçı, müstəsna olaraq İcraçının nöqteyi-nəzərincə qeyri-məqbul, arzuedilməz və ya bu Müqaviləni pozmuş sayan istənilən informasiya və ya materialı, tam və ya qismən öz serverindən çıxarmaq və ya göndərilməsindən imtina etmək hüququnu özündə saxlayır. 8.Müqavilənin yerinə yetirilməməsi üçün məsuliyyət. 8.1. İcraçı, onun zənnincə İstifadəçinin bu Müqavilənin pozulması hesab etdiyi fəaliyyətə cəlb olunubsa, İstifadəçinin Xidmətə və ya Xidmətin ayrı-ayrı hissələrinə olan əlaqələrini xəbərdarlıq etmədən kəsmək hüququna malikdir.Əgər İcraçı belə pozuntulara görə İstifadəçiyə xidmət göstərməkdən imtina edirsə, İstifadəçinin hüququ yoxdur: - İcraçının Xidməti vasitəsi ilə İnternet şəbəkəsində saxlanılan hər hansı materiala giriş əldə etmək; - İcraçının Xidməti vasitəsilə İnternet şəbəkəsində üçüncü tərəflərin xidmətləri, məhsulları və informasiyalarına daxil olmaq imkanı əldə edilərkən, İcraçı istənilən üçüncü tərəfin İstifadəçini belə imkandan məhrum etmək haqqındakı xəbərdarlıqları üçün, eləcə də belə xəbərdarlığın olmaması ucbatından baş vermiş hər hansı nəticəyə görə məsuliyyət daşımır. 8.2. İstifadəçi, özünün və ya İstifadəçinin icazəsi ilə istifadəçinin adından və parolundan istifadə edilməsi ilə bağlı; yaxud Xidmət və İnternet şəbəkəsindən istifadə edilməsi ilə bağlı; yaxud hər hansı məlumat, informasiya, proqram təminatı və ya digər materialların İnternet şəbəkəsində yerləşdirilməsi ilə bağlı; İstifadəçinin özünün və ya İstifadəçinin icazəsi ilə istifadəçinin adından və parolundan istifadə edilməsi ilə bağlı digər şəxslər tərəfindən bu Müqavilənin pozulması ilə bağlı hər hansı öhdəlik və ya xərclər üçün İcraçını və onun filiallarını cavabdeh şəxs və ya cavabdehlərdən biri kimi məsuliyyətə cəlb etməyəcəyini öhdəsinə götürür. 9. Müxtəlif (Yekun müddəalar) Bu Müqavilənin hər hansı bəndi hərfi şərhinə uyğun gəlmədikdə o, qüvvədə olan qanunvericiliyə uyğun olaraq Tərəflərin ilkin maraqları nəzərə alınmaqla şərh ediləcək, Müqavilənin qalan hissəsi isə tam qüvvəsi ilə öz fəaliyyətini davam etdirəcək. İcraçı tərəfindən bu Müqavilənin hər hansı bəndinin qeyd-şərtsiz yerinə yetirilməsi təmin olunmadıqda, bu, həmin bəndin icrasından imtina edilməsi kimi anlaşılmamalıdır.Nə tərəflərin davranışında yaranmış praktika, nə də analoji xidmətin göstərilməsi praktikası bu müqavilənin hər hansı müddəasının dəyişdirilməsi üçün istifadə edilə bilməz. İcraşı bu Müqaviləni “Xidmətin göstərilməsi haqqında Müqavilə” (İnternet adresi: http://www.oxygen.az/az/agreement.html) bölməsində xəbərdarlıq etməklə dəyişdirə bilər. Xidmətdən istifadənin bu cür xəbərdarlıqdan sonra davam etdirilməsi İstifadəçinin bu sayaq dəyişikliklər və əlavələrlə razılaşması kimi qəbul edilir.İstifadəçi bu cür dəyişiklikləri müəyyənləşdirmək üçün “Xidmətin göstərilməsi haqqında Müqavilə” bölməsini mütəmadi olaraq yoxlayacağını öhdəsinə götürür. Əgər hər hansı dəyişikliklər və/və ya əlavələr İstifadəçi üçün qeyri-məqbuldursa, o, təxirəsalınmadan Xidmətdən istifadə edilməsini dayandırmaq hüququna malikdir. Bu Müqavilə AR qanunlarına müvafiq şəkildə yazılıb və onlara uyğun olaraq da icra ediləcək.Xidmətlə bağlı hər cür tələb və iddialar tələb və iddianın meydana gəlməsindən sonrakı bir il ərzində irəli sürülməlidir. Bu Müqavilə Xidmətlə bağlı İcraçı və İstifadəçi arasındakı bütün münasibətləri müəyyənləşdirir. |